Abenin qatilinin hücumdan əvvəl yazdığı məktub YAYILDI

  • By admin
  • 17 İyul 2022 10:57

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qatili Tetsuya Yamaqami Birlik Kilsəsi bdini təşkilatını tənqid edənlərdən birinə məktub yazıb və hücumdan əvvəl planlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Yomiuri qəzeti yazıb.

Yamaqami sorğu-sual zamanı bildirib ki, onun Abeni öldürməsinin səbəbi bu dini təşkilatın siyasətçisinə dəstək olmaq olub. Qatilin sözlərinə görə, anası Birlik kilsəsinə 100 milyon yen (700 min dollar) verərək ailəni məhv edib.

Nəşrdə yayımlanan məktubda Yamaqami anası ilə Birlik Kilsəsi arasında bağlanmış müqaviləni, həmçinin planlarına işarə etdiyi bir neçə sətir mətn yer alıb.

Məktub dini qurumun fəal tənqidçilərindən birinə göndərilib. Onun sözlərinə görə, məktubda Yamaqaminin ilk hədəfinin Birlik Kilsəsinin rəhbəri olmaq olduğu da açıqlanıb, lakin bu mümkün olmadığı üçün bu plandan imtina edilməli olub.

Bunun əvəzinə Yamaqami bu dini təşkilatla əlaqəli olan Abeni öldürmək qərarına gəlib. Kilsə isə keçmiş baş nazirlə hər hansı əlaqəni inkar edir.

Bundan əvvəl Abenin qatili babasını Birlik Kilsəsini Yaponiyaya gətirməkdə günahlandırmışdı.

Gununsesi.info