“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

  • By admin
  • 02 İyul 2020 14:22

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 3-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən Gununsesi.org-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Azərbaycan dili; 10:20-də – Ədəbiyyat; 10:55-də – İngilis dili; 11:30-da – Riyaziyyat; 12:35-də – Futzal məşğələsi olacaq.

Rus bölməsi üçün sabah saat 14:00-da – Rus dili; 14:40-da – Ədəbiyyat; 15:20-də – Riyaziyyat dərsləri olacaq.

 

 

Gununsesi.org