ABŞ 21 diplomatını Kubadan geri çağırdı

  • By admin
  • 01 Oktyabr 2017 11:20

59c9f63c0ed11
ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, Kubada səfirlikdə çalışan 21 diplomat və ailə üzvləri eşitmə, başgicəllənmə və ürəkbulma kimi problemlərlə üzləşiblər.

Diplomatların geri çağırılmasının səbəbi də, məhz onların səhhəti ilə əlaqələndirilib.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına da xəbərdarlıq edib:

“ABŞ vətəndaşları təhlükə altında ola bilər, biz onlara Kubaya getməmələri üçün xəbərdarlıq edirik”.

 

Gununsesi.info