ABŞ-a məxsus hərbi helikopter təcili eniş edib

  • By admin
  • 08 Yanvar 2018 21:20

ABŞ-a məxsus AH1 hərbi vertolyotu Yaponiyanın Okinava prefekturasında məcburi eniş edib.

Gununsesi,info xəbər verir ki, hadisə ilə bağlı yerli polis xəbər yayıb.

Polisin verdiyi məlumata görə, məcburi eniş zamanı vertolyotda olanlardan xəsarət alan olmayıb.

Vertolyot yerli hotellərdən birinin yaxınlığında yerləşən tullantıları emal edən stansiyanın meydançasında eniş edib.

Qeyd edək ki, ötən şənbə ABŞ-a məxsis UH1 hərbi vertolyotu da Olkinavada məcburi eniş etmişdi.

Gununsesi,info