
ABŞ Maliyyə Nazirliyinin Rusiyanın iş adamlarına qarşı tətbiq etdiyi sanksiya siyahısına azərbaycanlı iş adamının da adı daxil edilib.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Rusiya rəsmiləri və iş adamlarına qarşı nəzərdə tutulan sanksiya sihahısında, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamınında adı yer alıb.
Belə ki, ABŞ-ın tətbiq edəcəyi sanksiyaların azərbaycanlı iş adamı Vahid Ələkbərova da şamil edilməsi nəzərdə tutulur və onun adı “Kreml siyahısı”nda yer alıb.
Gununsesi.info










