ABŞ “Azadlıq” radiosunun bağlanmasını Azərbaycan hökuməti ilə müzakirə etdi

  • By admin
  • 07 Fevral 2018 15:04

“Azadlıq” radiosunun məsələsini Azərbaycan hökuməti ilə görüşlərdə müzakirə etdik.

Gununsesi.info modern.az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan ABŞ Dövlət katibi müavininin müşaviri Bricet Brink deyib.

Onun sözlərinə görə, məsələ haqda ABŞ-a geri qayıdarkən Dövlət Departamentinə məruzə edəcək.

“Mən “Azadlıq” radiosunun bağlanmasının Azərbaycan mediasına təsirini deyə biləcək şəxs deyiləm. Lakin mediada fərqli mövqelərin mövcudluğu etibarlı xəbərin əldə edilməsinə şərait yaradır. Bu ümumi işlərin vacib bir hissəsidir”.

Gununsesi.info