“ABŞ bəşəriyyəti məhv edə bilər” - CAVAD ZƏRİF

  • By admin
  • 04 Fevral 2018 10:40

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması haqqında müqaviləyə zidd olaraq, nüvə silahından böyük asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, 1953-cü ildən bu vaxtadək dünyanın sonuna daha çox yaxınlaşmışıq. Trampın Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin düşüncəsizlikdən irəli gəlir.
Gununsesi.info