
ABŞ-ın yeni sanksiyaları Azərbaycana yeni rus silahlarının tədarükünə maneə yaradır.
Gununsesi.info xəbər verir ki, bu sözləri “Haqqin.az” saytına açıqlamasında rusiyalı hərbi ekspert Andrey Frolov deyib. Onun sözlərinə görə, yeni sanksiyalar ABŞ-a Rusiya hərbi şirkətləri ilə əlaqə saxlayan hər kəsi cəzalandırmaq üçün geniş imkanlar yaradır:
“Situasiya çox ciddidir. Sanksiyalar nə qədər uzun davam etsə, problem o qədər çox olacaq. Bu sanksiya isə uzunmüddətlidir”.
Qeyd edək ki, ABŞ bundan öncə Rusiyanın hərbi müəssisələrinə qarşı sanksiyalar hazırlayıb. Yeni hazırlanan siyahıya 33 Rusiya şirkətinin və təşkilatının adı düşüb.
Gununsesi.info












