ABŞ casuslarını çaş-baş qoyan zibilyığanın hekayəsi: Cibindəki 1 dollarla böyük şəhərə fırıldaq gəldi

  • By admin
  • 14 Yanvar 2023 19:15

Bir mağaza sahibinin banka verdiyi əskinas tarixin ən böyük fırıldaqlıq cinayətini ortaya qoyub.

İllərlə axtarışda olan saxtakarın basdırdığı 1 dollarlık əskinas ölkənin hər yerində dolaşarkən, bu böyük cinayətə bulaşan ad isə ağızları açıq buraxdı. Əlindəki əskinaslarla kimsəyə 1 dollardan artıq zərər vermədən bütün ölkəyə fırıldaq gələn həminn saxtakarın hakayəsi marağınızı çəkdimi?

Beləliklə, Gununsesi.info xarici mətbuata istinadən tarixin ən böyük pul fırıldaqlıq hekayələrindən birini sizə təqdim edir:

Nyu-Yokr şəhərində bir dükan sahibi 1938-ci ildə günlük qazancını nağdılaşdırmaq üçün banka gedir. Xəzinədar pulu yoxlayarkən böyük bir çaşqınlıq yaşayır. Əlindəki 1 dollar digərlərinə bənzəmirdi. Kağızı ucuz kimi idi. Üzərindəki hərflər əyri idi və 1 dolların üzərindəki Corc Vaşinqtonun şəkli əsl dövlət başçısından daha çox canlandırılmış bir cəsəd kimi görünürdü. Bu rəsim şübhəsiz ki, xəzinədarın bütün iş həyatı boyunca gördüyü ən pis və saxta dollar idi. Pul Amerikanın Xüsusi Xidmət orqanlarına göndərildi. Qısa müddət sonra hər biri öncəkindən daha bərbad olan bu pullarla minlərlə adam banklara səfər etdi. Casuslar 10 il boyunca Amerika tarixindəki ən geniş və bahalı saxtakarlıq araşdırmasını başladaraq qaynağını tapmaq üçün hər yeri axtardılar.

Cinayətkar çağdaş zamanların ən uğurlu saxtakarı olaraq elan edilərək dahi bir beyin olaraq görülsə də, əskinas və pullar usta birisi tərəfindən hazırlanmamışdı. Bəs, 73 yaşlı qırıntı toplayıcısı belə bir saxtakarlığı necə bacara bilmişdi?

Üstdəki gerçək Amerikan 1 dolları (1935), altdakı saxta Amerikan 1 dolları  

 

Emerik Cuettner adlı 13 yaşındakı bur uçaq Avstriyadan gəmiyə minərək xəyallar şəhəri olan Nyu-Yorka həyatını dəyişdirməyə gəlmişdi. Amerikanın ən qalabalıq şəhərlərindən birinə gedən Cuettner qısa müddət sonra rəsm çərçivələrinə zər etdiyi bir iş tapdı. 20 yaşlarında gəldiyində gecə saatlarına qədər kirayə bir binanın dairəsində gələcəyi üçün planlar qurmağa başladı. Yeni bir tip kameradan özəl olaraq emal edilmiş jalüzlərə qədər hər şeyi sınadı. Ancaq uğurlu ola bilmədi. 1918-ci il çatarkən o, artıq evli idi və iki uşaqlı və xoşbəxt bir həyata sahib idi. Mütəvazi həyatının dadını çıxarırdı.

İrəliləyən dönəmlərdə işləri tərsinə getməyə başlamışdı. Arvadı vəfat etmiş, Amerikada iqtisadiyyat durğunluq sancılarının içində idi. 61 yaşlı Emerik Cuettnerin itirəcəyi bir şeyi qalmayan bir işsiz idi.

 

İş tapa bilməyən yaşlı adam qırıntı toplamağa başladı. İşlənmiş iki təkərli bir əl arabası aldı və günlərini Nyu-Yokr küçələrində dolaşaraq şəhər sakinlərinin atılan mallarını toplayaraq və tapdıqlarını ara-sıra topdançıya sataraq həyatını sürdürməyə başladı. Sürətlə pul qazanmağın bir yolunu tapması gərəkli idi.

 

DİGƏR SAXTAKARLARDAN FƏRQLİ İDİ 

Gəncliyində etdiyi kimi, yenə gecə boyunca düşünməyə başladı. Keçmişdə metal oymaçılığı ilə bağlı təməl bir bilgi qazanmışdı. Fotoqraflıqla uğraşmışdı. Bəs, bütün bunlar bir araya gəldikdə nə anlam ifadə edirdi? Düşündü və təcrübələrinin birləşməsini saxtakarlıq üçün olduqca uyğun bir mühit hazırladığına qərar verdi.

O dönəm dollar kopyalamaq olduqca çətin iş idi.  Ancaq Emerik həvəsdən düşmədi. 1938-ci ilin 1 noyabr sabahı 1 dollarlıq əskinasın fotosunu çəkdi. Görüntülərini sink lövhəyə transfer etdi. Beləliklə də, Nyu-Yokrdakı kiçik əllə işlədilən mətbəəsində saxta 1 dollarlıq əskinaslar basmağa başladı. Bur adımının uğurla nəticələnəcəyini Cuettner özü də təxmin etmirdi. Çünki daha öncə heç bir saxtakar 1 dollarlıq əskinasları çoxaltmaq üçün zaman xərcləyici zəhmətə girişməmişdi.

ƏN BÖYÜK VƏ ƏN BAHALI SAXTAKARLIQ TƏHQİQATI

 

Cuettnerlə bağlı əməliyyatlara başlanmasının ertəsi günü saxtakarlıq əməli ilə maraqlanan Gizli Xidmət casusları Broadway 102-də siqar dükanında paylanan qəribə 1 dollarlıq əskinas aldı. Bu pul daha öncə gördükləri heç bir şeyə bənzəmirdi. Gizli Xidmət daha sonra seriya nömrələri qeydi-nizami olan bu pulun bacarıqsız şəkildə hazırlandığını və saxta olduğunu ortaya çıxardı. Amerika Prezidentinin adı “Washingtoon”kimi deyil, hərf səhvi ilə “Wahsington” olaraq yazılmışdı.

 

 

‘BƏY 880’ DEDİLƏR

Eyni ay şəhərin hər yerindəki mağazalarda mal satın almaq üçün işlədilən eyni 1 dollarlıq əskinaslardan daha 40 ədəd olması üzə çıxarıldı. 1938-ci ilin ortalarında bu say 585-ə yüksəlmimşdi.

Gizli Xidmətin casusları daha öncə dövriyyəyə girmədən milyonlarla saxta əskinas ələ keçirmişdilər. Buna saxtakarların gözünün ac olması səbəb olmuşdu. Ancaq “Bəy 880” fərqli bir saxtakar idi. O, saxta pulları həyatda qalmaq üçün istifadə edirdi. Əsla, həftədə 15 dollardan artıq pul vermirdi. Ayrıca, eyni yerdə əsla 2 dəfə 1 dollar xərcləmirdi. Uğradığı yerlər, əsasən “Manhattan”ın hər yerindəki metro stansiyaları, ucuz dükanları idi. Beləcə, usta saxtakar heç bir şəkildə yaxalanmırdı.

SAXTA PULUN 5 FAİZİ İDİ

Yetkililər bu adamı tapmaq üçün ofislərinə 1 Nyu-York xəritəsi hazırlatdılar. Və hər 1 dollarlıq saxta yeri qırmızı bərkidici ilə işarələdilər. 10 min mağazada 200 minə qədər xəbərdarlıq afişaları payladılar. Bu pulları işlədən çoxlu sayda insanın izini axtardılar. Ancaq təhqiqatın başlamasının üzərindən 10 il keçdi. “Bəy 880″i axtarış çalışması Gizli Xidmətin tarixindəki ən böyük və ən bahalı saxtakarlıq təhqiqatına döndü.
1947-ci ildə Gizli Xidmət 1 dollarlıq əskinasların 7 minini sənədləşdirdi. Bu məbləğ ölkə çapında dövriyyədə oladuğu təxmin edilən 137 min 318 dollarlıq saxta pulun 5 faizi idi. Anlaşıldığı üzrə, tarixdəki ən pis saxtakar, yaxalanması ən çətin adam idi.

 

SAXTA OLDUĞUNU 12 YSAŞLI UŞAQ ANLADI

 

Ancaq 1948-ci ilin yanvarında nahardan sonra 7 tələbə Yuxarı Qərbi Sahildə boş bir ərazidə ortalıqda dolaşarkən qəribə bir şey ortaya çıxardı. Qarda bir avtomobil təkər yığını, keçmiş quş qəfəsləri və paslı bir uşaq arabası arasında 2 sink işləmə lövhəsi vı 30 ədəd gülməli görünüşü olan əskinas…

Şəhərin 4 tərəfindən əsnaflar bu əskinasları tərəddüd etmədən qəbul edərkən 12 yaşlı bir qrup uşaq bunların saxta olduğunu dərhal təsbit etmişdi.

Bir həftə sonra bir uşağın atası onu qəribə əskinasla poker oynakarkən yaxaladı və polisə təslim etdi. O da pulu Gizli Xidmət adamına verdi.

 

Evə basqın etdilər

Edilən araşdırmalar nəticəsində bu pulun müəmmalı adam “Bəy 880″in işi olduğu ortaya çıxdı.

Qısa müddət sonra uşaqların lövhələri tapdıqları ərazinin izini sürdürdülər. Bir neçə həftə öncə bbinanın bitişindəki dairədə yanğın çıxdığını öyrəndilər. Yanğınsöndürənlər evin ağzınadək qırıntı ilə dolu olduğunu gördükdə evdə yer açmaq üçün qırıntılarınpəncərədən küçəyə atdı. Bu yanğın “Bəy 880″i ələ vemrişdi.

Casuslar bir suç dahisini tapmağı umaraq yanğın çıxan dairəyə basqın etdilər. Ancaq bunun yerinə, 73 yaşlı nəşəli, şən 1.73 boyunda zəyif, sərt əzələli bir bədən quruluşuna, parlaq mavi gözlərə sahib çəhrayı üzlü bir kişi tərəfindən qarşılandılar. On illərdir axtarışda olan günahkar qırıntı toplayıcısı Emerik  idi.

 

 

“Kimsə 1 dollardan artıq uduzmadı”

 

Ev dairəsində aparılan araşdırma zamanı casuslar mətbəə makinasını, mürəkkəb, foto neqativlərini və 1 dollarlıq əskinaslarla dolu siyirtmə tapdı. Cuettner yaxalanarkən təsirlənməmimş. Mehribancasına məsafəli görünürdü. Sualları cavablarkən soyuqqanlılıqla bu etirafları edir:

 

Casus: “Bu əskinaslar və pulları nə vaxtdan bəri hazırlayırsan?”

Cuettner: “9 və ya 10 ildən çoxdur”

Casus: “Yaxşı, günahını qəbul edirsənmi?”

Cuettner: “Əlbəttə, qəbul edirəm. Onlar, sadəcə 1 dollardı. Əsla, 1 adama 1-dən çox vermədim. Bu üzdən, kimsə 1 dollardan çox uduzmadı.

 

 

‘MİSTER 880’ FİLMİNƏ İLHAM QAYNAĞI OLDU

Qısa müddət sonra Edvard Mueller və Edvard Miuller şərti adları ilə bilinən Emerik tutuldu. Şəhər mərkəzinə aparıldı.

3 sentyabr 1948-ci ildə Ceettner məhkəməsi hakim Con Klansi tərəfindən icra edildi.

Hər biri 10 il həbs cəzasına çatdırılan 3 ittihamlqa qarşı-qarşıya qaldı. Ancaq Cuettnerin sevimliliyi və yaşı hakimin qərarı dəyişdirməsində təsirli oldu.

Cuettner 1 il, 1 günlük cəza aldı. 4 ay sonra şərtli təxliyyədən sonra 73 yaşlı saxtakarın cəzası bitmişdi. Ancaq məhkəmə tərəfindən tədbir olaraq 1 dollar pul ödəmə cəzasına məcbur edildi.

Məhkəmə toplantısından bir müddət sonra Nyu-Yorker müxbiri Kleyə MkKelvey Cuettnerin hekayəsini 3 bölümlük serialda izah edir. Bu serialla bilrikdə məhkəmə ittihamı qlobal dünyanın diqqətini çəkir. Cuettner müəllif hüquqları sayəsində filmdən gözəl pul qazanır. Bu pul fırıldaqlıq etdiyi adamların 1 dollardan artıq pul uduzmadığı saxtakarlıq dönəmindəki qazancından daha çox idi. Həyatının geri qalanını Lonqs İslanda keçirən Emerik 79 yaşında həyata gözlərini yumur.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info