ABŞ-da Ərdoğana qarşı provokasiya

  • By admin
  • 21 Sentyabr 2017 22:32

erdogan_ois
İnanıram ki, ABŞ FETÖ-nun əsl üzünü görəcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan türklər qarşısında çıxış edərkən deyib.

“Ölkəmizə qarşı Qərb mediasında təbliğatı yazılar verilir. Yalnız terror qrupları ilə əlaqəli olan şəxs və qurumları tanıtdığımız müddətcə biz uğur qazanacağıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın çıxışı zamanı zalda bir neçə nəfər provokativ davranışlar göstərməyə cəhd ediblər.

Lakin türk lider təmkinin pozmadan “Bir neçə həddini bilməyən şəxsə görə toplantımızı fəda edən deyilik”, – deyə cavab verib.

 

Gununsesi.info