ABŞ-da 3 polis əməkdaşı öldürülüb

  • By admin
  • 18 İyul 2016 10:44

polis

 

Gununsesi.info məlumat verir ki, ABŞ-ın Luizana ştatında Baton Ruj şəhərində 3 polis əməkdaşı öldürülüb, azı 3 nəfərsə yaralanıb.

Polis əməkdaşları iyulun 17-də bir silahlının açdığı atəşə cavab verib. Baton Rujun meri Kip Holden NBC News-a belə deyib.

Polis hadisə yerində bir silahlı şübhəlinin öldürüldüyünü bildirir. Polis ilkin olaraq, bir neçə şübhəlinin göründüyünü söyləmişdi. Amma daha sonra polis rəsmisi deyib ki, öldürülən şübhəlinin yeganə silahlı olduğunu düşünürlər.

Gununsesi.info