ABŞ-da 70 ildən sonra bir ilk yaşandı - Qadın məhkum edam edildi

  • By admin
  • 13 Yanvar 2021 20:14

ABŞ-da 70 ilə yaxın bir müddətdən sonra ilk dəfə qadın məhkumun edam hökmünü icra edilib.

Liza Montqomeri adlı qadın Indiana ştatının Terre Hotdaki federal həbsxanada çərşənbə günü səhər edam edilib.

Edamın qarşısının alınması ilə bağlı bir sıra hüquqi mübarizəyə baxmayaraq, ABŞ-ın Ali Məhkəmsi hökmün icra ediləcəyini bildirib.

Liza Montqomeri 2007-ci ildə bir hamilə qadını boğaraq öldürdüyünə və körpəni bətnindən kəsərək çıxardığına görə mühakimə olunub. Montqomeri körpəni götürərək, öz uşağı kimi göstərməyə çalışıb.

Vəkilləri Liza Montqomerinin uşaqlıqda dəfələrlə cinsi təcavüzə məruz qalmasının onda ömürlük emosional iz buraxdığını və ailəsindəki zehni sağlamlıq problemlərinin onda da olmasını iddia edirdi.

Vəkil Kelli Henri açıqlamasında Montqomerinin edam hökmünün “avtoritar hökumətin qanunsuz və lazımsız bir qərar” olduğunu deyib.

“Uğursuz bir administrasiyanın özünəməxsus addımı bu gün özünü tam olaraq göstərdi. Liza Montqomerinin edamında iştirak edən hər kəs utanmalıdır” – deyə, vəkil bildirib.

ABŞ Ədliyyə Nazirliyi Missuri ştatının məhkəməsinin verdiyi edam hökmünün federal münsiflər heyətinin yekdilliklə təsdiq etdiyini bildirib.

Montqomeri prezident Donald Trampın 17 illik fasilədən sonra federal edamları bərpa etməsindən sonra iyul ayından bəri edam edilən 11-ci məhbusdur.

Gununsesi.info