ABŞ-da atışma zamanı 7 nəfər xəsarət alıb

  • By admin
  • 27 Mart 2021 21:58

ABŞ-ın Filadelfiya şəhərində atışma olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Philadelphia Inquirer” məlumat yayıb.

Məlumata görə  naməlum şəxs barda ətrafdakılara atəş açıb. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis bildirib ki, atışmaya mübahisə səbəb olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info