ABŞ-da bir gündə koronavirusa 25 minə yaxın yoluxma qeydə alındı

  • By admin
  • 17 May 2020 16:09

ABŞ-da son gün ərzində koronavirusdan 1,2 mindən çox insan ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanları, KİV, habelə digər mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Univeritetin məlumatına görə, son sutkada Birləşmiş Ştatlarda koronavirusa 24 996 yoluxma qeydə alınıb.

Qeyd edilir ki, bu rəqəm ötən gün 25 050 təşkil edib.

Ötən gün ölkədə 1 224 nəfər pandemiyanın qurbanı olub. Universitetin məlumatına görə, ABŞ-da koronavirusa 1 467 884 nəfər yoluxub. Ölkədə 88 754 pandemiyanın qurbanı olub.

 

 

Gununsesi.org