
ABŞ-ın Vaşinqton, Los-Anceles və Nyu-York daxil bir sıra şəhərlərində artıq üç gündür ki, Donald Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyada ümumilikdə 5 minədək etirazçı iştirak edib. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə də səbəb olub.
Vaşinqton Polis İdarəsinin rəisi Peter Nevsham mətbuata açıqlamasında bildirib ki, qarşudurmalar zamanı 6 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 217 etirazçı isə saxlanılıb.
Anar
Gununsesi.info