ABŞ-da fövqəladə vəziyyət - 1 ÖLÜ, 30 YARALI

  • By admin
  • 13 Avqust 2017 12:30

usa

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində yüzlərlə millətçinin keçirdiyi mitinqdə etirazçılarla polis arasında baş verən toqquşmadan sonra fövqəladə vəziyyət elan olunub.

Toqquşmalar zamanı 1 nəfər ölüb, azı 30 nəfər xəsarət alıb.

Həmçinin 3 nəfərin polis tərəfindən saxlanıldığı bildirilib.

Gununsesi.info