
ABŞ Baş Prokurorluğu bu ölkədə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı açıqlama yayıb.
Gununsesi.info DHA-ya istinadən xəbər verir ki, Nyu-York Cənub Bölgəsi Baş Prokurorluğu 09135-104 nömrəli məhbus Rza Zərrabın federal həbsxanada saxlandığını bildirib.
ABŞ Federal Həbsxanalar Bürosu haqqında 50 milyon dollar və barəsində 90 illik həbs cəzası istənilən 09135-104 nömrəli məhbus Rza Zərrabın noyabrın 8-də sərbəst buraxıldığını qeyd etsə də, sonradan bu fakt təsdiqini tapmayıb.
Qeyd edək ki, Türkiyə XİN Rza Zərrabla bağlı ABŞ-a nota verərək, onun sağlamlığına təhlükə olduğundan narahatlığını ifadə edib.
Gununsesi.info












