İntiharların səbəbi məlum deyil
“CNN”in xəbərində deyilir ki, iki gün ərzində ABŞ-ın iki sabiq senatoru özünü güllələyərək, öldürüb. Onlardan biri Jonathan Nichols öz evində güllə yarasından dünyasını dəyişib. O, Oklahoma ştatının senatoru (2001-2013) olub. Evli və 2 qız atası olan sabiq senator xalq arasında rəğbət qazanmışdı.
Jonathan Nichols
Mərkəzi Litl-Rok olan Arkanzas ştatının sabiq senatoru, xanım Linda Collins-Smithun da iki uşağı vardı. O, 2019-cu ilin yanvarına kimi (2015-2019) ştatın senatoru olub. Meyiti evinin yaxınlığında tapılıb. Polis bildirib ki, o, bir neçə güllə yarası alıb. Böyük ehtimalla o da özünə qəsd edib.
Linda Collins-Smit












