ABŞ-da koronavirus qurbanlarının sayı 119 mini ötdü

  • By admin
  • 17 İyun 2020 19:36

ABŞ-da son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 822 nəfər vəfat edib.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-da koronavirusdan ölənlərin sayı 119 161 nəfərə çatıb.  

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4 milyon nəfərdən çoxu sağalıb, 402 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

 

Gununsesi.org