ABŞ-da koronavirusa yoluxma halları 12 milyona yaxınlaşır

  • By admin
  • 22 Noyabr 2020 11:09

Cons Hopkins Koronavirus Resurs Mərkəzi şənbə günü ABŞ-da koronavirusa yoluxma hallarının 12 milyona yaxınlaşdığını bildirib. Ən son məlumatlara görə ölkədə 11,915,042 yoluxma halı qeydə alınıb.

“Biz hər bir amerikalını sayıqlıqlarını artırmağa çağırırıq,” Ağ Evin koronavirusla mübarizə koordinatoru Dr. Deborah Börks bildirib.

ABŞ-ın əczaçı şirkəti Pfizer və onun almaniyalı həmkarı BioNTech cümə günü COVID-19 vaksinindən istifadə edə bilmək məqsədilə fövqəladə icazə üçün ABŞ-ın Ərzaq və Dərman Administrasiyasına müraciət edib. Onlar təsdiq cavab alandan sonra bir neçə saat ərzində vaksini xəstəxanalara paylamağa başlayacağını bildirib.

Şirkət peyvəndin 95% effektiv olduğunu sübut edən son sınaqların nəticəsini açıqladıqdan sonra icazə üçün müraciət edib.

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri katibi Aleks Azar cümə günü bildirib ki, ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının vaksindən fövqəladə istifadə ilə bağlı qərarı bir neçə həftə ərzində verə bilər.

Kanadanın ictimai səhiyyə üzrə baş həkimi Dr. Teresa Tam cümə günü bildirib ki, kanadalılar başqa insanlarla indiki kimi görüşməyə davam etsələr o, gündəlik yoluxmaların 20,000-ə çatacağını gözləyir.

Lakin o həmçinin xəbərdarlıq edib ki, əgər kanadalılar başqa insanlarla ünsiyyətlərini artırsalar dekabr ayında gündəlik yoluxma sayı 60,000-ə qədər yüksələ bilər.

Kanadanın baş naziri Castin Trudo kanadalıları COVID-19-un yayılmasının qarşısını almaq üçün evdə qalmağa və ictimai səhiyyə qaydalarına riayət etməyə çağırıb.

Bu arada isə Sudanın müvəqqəti səhiyyə naziri ölkəsindəki koronavirusa yoluxma sürətini “dəhşətli” adlandırıb.

“Üç həftə öncə 200 yoluxma halı qeydə alınmışdı. İki həftə pncə bu rəqəm 500-ə qədər yüksəldi, bu həftə isə 700-ə çatdı,” Osma Əbdürəhim bu həftə Xartumda bildirib.

COVID-19-dan sağalan Əbdürəhim bütün sudanlıları maska taxmağa və bütün profilaktik qaydalara əməl etməyə çağırıb.

 

 

Gununsesi.info