ABŞ-da koronavirusla bağlı qorxunc proqnoz: Ölü sayı oktyabrda 200 mini keçəcək

  • By admin
  • 16 İyun 2020 11:16

Vaşinqton Universiteti yanında Tibbi Göstəricilər və Qiymətləndirmə İnstitutu 2020-ci ilin oktyabrında ABŞ-da koronavirus qurbanlarının sayının 200 000-i keçəcəyini proqnozlaşdırıb.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Universitetin mütəxəssislərinin yaratdığı kompüter modelinə əsasən, 2020-ci il oktyabrın 1-də ABŞ-da koronavirus qurbanlarının sayı 201 129 nəfər olacaq.

Alimlər qeyd ediblər ki, ABŞ-da ölüm hallarında pik hədd aprelin 16-da qeydə alınıb. Həmin gün 2 287 nəfər koronavirusdan dünyasını dəyişib.

Gununsesi.org