ABŞ-da polis tutmağa çalışdığı şübhəlini ayağı ilə boğaraq öldürdü – VİDEO

  • By admin
  • 27 May 2020 12:57

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minneapolis əyalətində qalmaqallı hadisə baş verib.

Gununsesi.org Sabah.az-a istinadən xəbər verir ki, polis tutmağa çalışdığı şəxsi boğaraq öldürüb.

Bildirilib ki, polislər bir nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. Asayiş keşikçisi şübhəlini yerə uzadıb və dizini onun boğazına qoyub. Tutulan şəxs “nəfəs ala bilmirəm” deyə qışqırsa da, polis dizini qaldırmayıb. Nəticədə halı pisləşən şəxs xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Federal Təhqiqatlar Bürosundan (FBİ) yayılan açıqlamada hər iki polisin də vəzifədən azad edildiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

 

Gununsesi.org