ABŞ-da qəzet binasına hücum  - Ölən və yaralananlar var + Fotolar

  • Müəllif: admin
  • 28 İyun 2018 23:50

ABŞ-da qəzet binasına hücum

ABŞ-ın Merilənd ştatının Annapolis şəhərində “Kapital” qəzetinin binasına silahlı hücum olub.

Gununsesi.info UsaToday-a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis cəlb edilib və ərazi nəzarətə götürülüb.

Hücum edənlərin kimliyi bilinmir.

 Hadisə nəticəsində ölən və yaralananlar olsa da, dəqiq say açıqlanmayıb.

Ərazidə əməliyyat aparılır.