ABŞ-da “rus mafiyası”nın 8 üzvü saxlanıldı

  • By admin
  • 10 Noyabr 2016 20:59

img2242784

 

Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda “rus mafiyası”nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb.

Gununsesi.info xəbər verir ki, onlar Rusiyanın və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.

Quldurların hamısına bir neçə maddə: narkotik alveri, reketlik, qumar oyunlarının qanunsuz təşkilatçılığı üzrə ittiham elan olunub.

Cinayətkarlap daha çox sakinlərinin əksəriyyəti keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan Koni-Aylend və Brayton-Biç rayonlarında fəaliyyət göstəriblər. Dəstə üzvləri həm də ABŞ-dan kənarda yaşayan adamlardan yaxınlarını fiziki cəhətdən məhv etməklə hədələyərək pul da alıblar.

 

Gununsesi.info