ABŞ-da silahlı hücum: 7ÖLÜ, 2 YARALI

  • By admin
  • 11 Sentyabr 2017 11:47

02

ABŞ-ın Texas ştatının Plano şəhərində bir evə silahlı hücum həyata keçirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 7 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Belə ki, hadisə yerinə polis və təcili tibbi yardım briqadası gəlib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Məhz hadisənin baş verdiyi yerə gələn polislər silahlı hücumu həyata keçirən naməlum şəxsi zərərsizləşdiriblər.

Hazırda Texas polisi cinayəti törədənlə qurbanlar arasında hər hansı əlaqənin olub-olmamasını araşdırır.

Anar
Gununsesi.info