ABŞ-da silahlı insident - POLİSLƏR ATƏŞƏ TUTULDU

  • By admin
  • 04 Noyabr 2017 22:21

ABŞ-ın Montana ştatının Billinqs şəhərində mağazaya basqın edən silahlı şəxs hadisə yerinə gələn polis əməkdaşlarını atəşə tutub. 

Gununsesi.info xəbər verir ki, naməlum kişi avtomobilini mağazanın divarına çırparaq içərisinə daxil olub və çağırışla hadisə yerinə cəlb olunan polis naryadına atəş açıb. Onun polis əməkdaşlarına işıq-səs qumbarası atdığı bildirilir.

Məlumata görə, bundan əvvəl həmin şəxs digər mağazadan silah oğurlamağa cəhd edib, lakin mühafizəçilər tərəfindən obyektdən kənarlaşdırılıb.

Polis əməkdaşları hazırda binanı mühasirəyə alaraq, cinayətkarla danışıqlar aparmağa cəhd edirlər.

Gununsesi.info