ABŞ-da son sutkada 52 291 koronavirusa yoluxub, 635 nəfər ölüb

  • By admin
  • 03 İyul 2020 14:32

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 291 yoluxma halı qeydə alınıb, 635 nəfər vəfat edib.

Gununsesi.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ABŞ-da indiyədək COVID-19-a yoluxanların ümumi sayı 2 739 879 nəfərdir.

Universitetin məlumatına görə, xəstəlikdən ölənlərin sayı 128 mindən çoxdur. Virusa yoluxan 781 mindən çox insan sağalıb.

 

 

Gununsesi.org