ABŞ-da təyyarə evə düşdü – Ölənlər var

  • By admin
  • 26 İyul 2020 09:56

ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Gununsesi.org “Fox News” telekanalına istinadən xəbər verir ki, hadisə Yuta ştatının Uest-Cordan şəhərində baş verib.

Polis nümayəndəsi Cennifer Uorten bildirib ki, “Piper 32” təyyarəsi yaşayıv evinə düşüb. Hadisə zamanı təyyarədə 6 nəfər olub. Onlardan bir neçəsi xəsarət alıb. Hadisə zamanı habelə ölənlərin də olduğu güman edilir.

Polis nümayəndəsinin sözlərinə görə, bu zaman evdə 1 nəfər olub. Qəza zamanı yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində 3 evə ziyan dəyib.

 

 

Gununsesi.org