ABŞ-da təyyarə qəzası baş verib: ölənlər var

  • By admin
  • 17 Sentyabr 2017 20:17

2e6216ce-2c6c-45c5-b442-2339bdfe0259
ABŞ-da yüngülmühərrikli “Cirrus SR22” təyyarəsi qəzaya uğrayıb.
“Report”un məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.
Xəbərdə bildirilir ki, Fort-Kollins şəhərindən səmaya qalxaraq Moava (Yuta ştatı) doğru uçan təyyarə Kolorado ştatında, Denverdən 270 kilometr qərbdə qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə bir ailənin 4 üzvü olub. Onların hamısı qəzada həlak olub. Ölənlərin şəxsiyyəti açıqlanmır.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri məlum deyil.

 

Gununsesi.info