ABŞ-da Trampa qarşı etiraz - 150 nəfər tutuldu

  • By admin
  • 12 Noyabr 2016 21:43

abs

ABŞ-ın Los-Anceles şəhərində Donald Trampın prezident seçilməsinə qarşı təşkil olunan aksiya davam edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, aksiyada üç minədək etirazçı iştirak edir. Etirazçıların polisin dağılışmaq çağırışına məhəl qoymaması həbslərə səbəb olub.

Polis əməkdaşları qanunsuz etiraz aksiyasına toplaşanlardan 150 nəfəri saxlayıb.

Qeyd edək ki, ABŞ-ın bir çox şəhərində artıq üç gündür Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları keçirilir.

Gununsesi.info