ABŞ-da universitet yaxınlığında atəş nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

  • By admin
  • 25 Sentyabr 2016 20:14

illiqoys

ABŞ polisi bu gün İllinoys ştatında İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib.

Gununsesi.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yaralıların durumu orta ağırdır. Bir nəfər isə atəş açılan yerdən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.

Gununsesi.info