ABŞ-da yaşayış məskəninə girən yırtıcı sakinləri qorxutdu - VİDEO

  • By admin
  • 28 İyun 2016 17:05

57170

 

İnternetdə yayılan bir video son günlər populyarlıq qazanıb. Gununsesi.info xəbər verir ki,
ABŞ-ın  New Jersey əyalətində sakinlər iki ayağı üzərində yeriyən ayının görüntülərini qeydə alıblar. İnsan kimi iki ayaq üzərində sərbəst yeriyən ayı, yaşayış yerlərində gəzərkən görüntülənib. Ayını görən sakinlər əvvəlcə onun zooparka aid olduğunu düşünüblər. Daha sonra isə məlum olub ki, ayının ön ayaqları ciddi formada nə zamansa zədələnib və o belə yeriməyə artıq vərdiş edib. Yaşayış məskənində rahat gəzən ayı, heç kimə ziyan verməsə də sakinləri qorxudub.
Sakinlər ayının aqibəti ilə maraqlanmağa başlayıblar. Həmin görüntüləri təqdim edirik: