ABŞ-ın Çikaqo şəhərində zibil daşıyan maşın partlayıb. Zibil maşını bomba kimi partlayıb və sonra alovlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Partlayışdan sonra yanğının baş verdiyi əraziyə xilasetmə və polis sövq edilib.
İki polis əməkdaşı və bir yanğınsöndürən də daxil olmaqla üç nəfər yüngül xəsarət alıb.
Partlayış bölgəyə də maddi ziyan vurub.
Sıxılmış qazla işləyən (CNG) yük maşınının hansı səbəbdən alovlandığı məlum deyil .
Orxan Saffari