ABŞ-dan İrəvana -Qarabağı qaytarın, yoxsa...

  • Müəllif: admin
  • 08 Mart 2017 23:27

uorlik_ru

 

Status-kvonun saxlanılması həqiqətdə sülhə aparmır.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qeyri-stabildir və müharibə təhlükəsini artırır: “Lakin status-kvonun dəyişməsi regionda sülhü bərqərar edəcək, həmçinin, Ermənistana yeni imkanlar verəcək, iqtisadi artıma səbəb olacaq”.

C.Uorlik qeyd edib ki, mnaqişənin nizama salınması çox amillərdən ibarətdir: “Lakin bunlara bütöv yanaşmaq lazımdır. Hər iki ölkənin prezidenti xalqları sülhə hazırlamalıdır. Bunu anlamaq lazımdır ki, Dağlıq Qarabağın status məsələsini müzakirə etməklə yanaşı, ərazilərin Azərbaycana qaytarılması da müzakirə olunmalıdır”.

Gununsesi.info