ABŞ-dan nazirlərin görüşü ilə bağlı açıqlama

ABŞ 12 iyunda Vaşinqtonda Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundunu səbirsizliklə gözləyir. Çünki tərəflər Cənubi Qafqaz regionunun sülhsevər gələcəyə doğru fəaliyyətini davam etdirirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.

“Mən əvvəl də demişəm ki, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif platformalarda, o cümlədən liderlər müstəvisində getməsindən məmnundur”, – o bildirib.