ABŞ-dan PKK-ya hərbi yük daşınması davam edir

  • By admin
  • 08 Avqust 2017 14:08

50

ABŞ-ın Türkiyənin etirazına baxmayaraq terror təşkilatı PKK-nın Suriya qolu YPD-yə silah və zirehli maşın yardımı davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən gecə saatlarında hərbi texnika və sursat daşıyan 112 yük avtomobi İraq sərhədindən keçərək təşkilatın nəzarətindəki Hasekeye daxil olub.

Belə ki, konvoyda ABŞ ordusunun istifadə etdiyi yüksək hərəkət qabiliyyətli zirehli “Hummer”lər, 4×4 ciplər, yanacaq tankerləri və orta böyüklükdə zirehli atomobillər diqqəti çəkib.

Xatıqrladaq ki, iyunun 5-də 60, iyunun 12-də 20, iyunun 16-da 50 və 21 ilə 26 iyunda cəmi 120, iyulun 5-də 82, iyulun 9-da 102, iyulun 13-də 95, iyulun 17-də 100, iyulun 22-də 100, iyulun 27-də 80, iyulun 31-də 100 olmaqla 909 TIR hərbi sursat PKK-ya təhvil verilib.

Anar

Gununsesi.info