ABŞ-dan qaçqınlarla bağlı humanist addım

  • By admin
  • 03 İyun 2016 10:31

Qachqinlar

 

ABŞ hakimiyyəti müvafiq yoxlamadan keçmiş 4700 suriyalı qaçqının ölkəyə girişinə icazə verib. Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Conson bildirib.

 

Conson qeyd edib ki, ölkəyə giriş  icazəsinin verilməsi üçün daha 7900 suriyalı qaçqının yoxlamadan keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama 2016-cı ilin sonunadək ölkədə 10 000 suriyalı qaçqının yerləşdiriləcəyini vəd etmişdir.

 

Bu qərar Amerika cəmiyyətində, xüsusilə, respublikaçılar tərəfindən mənfi qarşılanıb. ABŞ-ın 50 ştatından 22-si  suriyalı qaçqınları qəbul etməkdən imtina edib.

APA (RİA Novosti)