ABŞ-dan Rusiyaya qarşı daha bir sərt addım - RUSİYALILARA VİZA VERİLMƏYƏCƏK

  • By admin
  • 21 Avqust 2017 14:24

2016-01-08-12-09-22viza-yeni

ABŞ qeyri-miqrasiya vizalarının verilməsini dayandırdı.

Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Moskvadakı səfirliyi yayıb.

Səfirliyin yaydığı məlumatda deyilir ki, Rusiyanın bu ölkədəki amerikalı diplomatlarının sayının məhdudlaşdırması ilə bağlı olaraq ABŞ avqustun 23-dən etibarən Rusiya vətəndaşlarına qeyri-miqrasiya vizalarının verilməsini donduracaq. Ancaq sentyabrın 1-də Moskvada vizanın verilməsinə başlayacaq, digər konsulluqlarda isə viza verilməsi qeyri-müəyyən vaxtadək dayandırılacaq.

Səfirlikdən o da bildirilib ki, bu qayda indiyədək viza almaq üçün verilən sənədlər və müsahibədən keçmək üçün nəzərdə tutulan müsahibələrə də şamil ediləcək.

ABŞ-ın Sankt-Peterbuqrdakı konsulluğu da Belarus vətəndaşlarına viza üçün sənəd qəbulunu dayandıracaq.

Səfirlik Amerika vətəndaşların lazımı bütün xidmətlərini isə davam etdirəcək.

Mürtəza

Gununsesi.info