ABŞ-dan Rusiyaya yeni SANKSİYALAR TƏTBİQ OLUNACAQ

  • By admin
  • 24 Fevral 2018 13:42
ABŞ yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı tətbiq olunacaq yeni sanksiyaları elan edəcək.
Gununsesi.info  ”tass”-a istinadən xəbər verir  ki, belə bir bəyanatla ABŞ maliyyə naziri Stiven Mnuçin  çıxış edib.
“Biz hazırda  Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar üzərində işləyirik. Mən sizi inanadırıram ki, iş gedir və mən yaxın bir neçə  həftə ərzində bu sanksiyalar barədə daha dəqiq detalları açıqlayacağam”- deyə, S. Mnuçin vurğulayıb. 
Amerikalı nazir deyib ki, bununla bağlı iki  məruzə hazırlanıb: “Gizli və gizli olmayan məruzələr.  Dəfələrlə bəyan etmişəm ki, hazırladığımız sanksiyalr əvvəlkilərinin davamıdır”.
 Nazir onu da əlavə edib ki, hazırda Maliyyə naziriliyi  Federal Təhlükəsizlik Bürosu ilə  13 Rusiya vətəndaşına qarşı sanksiya üzərində iş aparır:  “Bu şəxslər  Amerikada keçirilən seçkilərə müdaxilə cəhdində ittiham olunurlar. Onlarla bağlı yekun qərar vermək barədə  Federal Təhlükəsizlik Bürosu ilə çox sıx işləyirik”.
 Gununsesi.info