ABŞ-dan sərt qərar - BMT-nin komitəsini tərk edir

  • By admin
  • 19 İyun 2018 23:39

ABŞ İsrailə qarşı prinsipial mövqe sərgiləyən BMT-nin İnsan Haqları Komitəsini tərk edəcək.

Teleqraf.com xəbər verir ki, ABŞ mediasında gedən məlumata görə, dövlət katibi Mike Pompeo bu gün bununla bağlı qərarı rəsmən açıqlayacaq.

Qərara Mike Pompeo ilə yanaşı ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley və Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da dəstək verib.

Qeyd edək ki, BMT İnsan Haqları Komitəsi iyulun 2-də Fələstin-İsrail münasibətlərini müzakirəyə çıxaracaq.