ABŞ-dan suriyalı qaçqınlarla bağlı yeni qərar – Vaxt qoyuldu

  • By admin
  • 01 Fevral 2018 23:10


ABŞ Daxili Təhlükəsizlik Nazirliyi “Müvəqqəti Qoruma Statusu”ndakı 7 min suriyalının eyni statusda yaşamağa davam edəcəyini, lakin 31 martdan etibarən yeni müraciətlərin qəbul edilməyəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, qərara əsasən, 7 min suriyalının statusu 2019-cu ilin sentyabrına qədər davam edəcək və daha sonra yenidən artırılması barədə məsələyə baxılacaq.

Qeyd edilib ki, digər yollarla müraciət edən suriyalı qaçqınların qəbulu prosesi isə davam edəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ölkədə “Müvəqqəti Qoruma Statusu”nda yaşayan 700 min qaçqının vəziyyətinə yenidən baxılması barədə göstəriş vermişdi.

Gununsesi.info