PKK-PYD terror qruplaşmasına Suriya neftindən pay veriləcək.
Axar.az “Yeni Şəfəq”qəzetinə istinadla xəbər verir ki, Suriyanın Qamışlı şəhərində ABŞ ilə Səudiyyə Ərəbistan kəşfiyyat nümayəndələrinin iştirak etdiyi görüşdə Suriya neftindən PYD -PKK terror qruplaşmasına pay verilməsi qərarlaşdırılıb.
Yığıncaqda ABŞ, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ nümayəndələri və Türkiyədə fəaliyyətinə son qoyulan “Təyyar əl-Qad Suriya” Hərəkatı üzvlərindən İsmayıl Bubi də iştirak edib.
ABŞ nümayəndələri təşkilata neftdən pay verilməsinin İran və Rusiyanın Suriya neftinə dair planlarını pozacağını bildirib.
Gununsesi.info











