ABŞ Fars körfəzindəki müttəfiqlərini İrandan qorumağa çalışır - ONLARI BALLİSTİK RAKETLƏRLƏ TƏCHİZ EDƏ BİLƏR

  • Müəllif: admin
  • 10 Mart 2017 00:02

fars korfezi

ABŞ Fars körfəzindəki müttəfiqlərini ballistik raketlərlə təchiz edilməsi məsələsini nəzərdən keçirir.

Gununsesi.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri general Cozef Votel deyib.

“Biz Fars körfəzindəki bəzi tərəfdaşlarımıza ballistik raketlərin tədarük imkanlarını nəzərdən keçiririk”, – deyə Votel Senatdakı dinləmələr zamanı bildirib.

Qeyd edək ki, İran bu gün və martın əvvəlində yeni ballistik raketlərini sınaqdan keçirib.

Gununsesi.info