“ABŞ, Fransa və Britaniya liderləri cinayətkardır” - Əli Xamenei təhdid edir

  • By admin
  • 14 Aprel 2018 12:16

“ABŞ, Fransa və Britaniya liderləri cinayətkardır”.

Gununsesi.info İran mediasına xəbər verir ki, bunu İranın ali dini rəhbəri ayətullah Əli Xamenei hər üç ölkənin Suriyada başladığı hərbi əməliyyatlara münasibət bildirərkən deyib.

Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib: “Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir. Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər”.

Gununsesi.info