ABŞ hərbçiləri Somalini tərk edir

  • By admin
  • 05 Dekabr 2020 09:06

ABŞ prezidenti Donald Tramp 2021-ci ilin əvvəlinə qədər Somalidən demək olarki bütün amerikan hərbi heyətinin çıxarılması ilə bağlı göstəriş verib.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə “ Wall Street Journal” xəbər verib.

Hazırda sözügedən Afrika ölkəsində təxminən 700 ABŞ hərbçisi var. Hərbçilərin Somalidən digər dövlətlərə göndəriləcəyi bildirilir və bəyanatda “ABŞ Afrikanı tərk etmir” ifadəsi vurğulanır. Pentaqon Afrikada hərbi qüvvələrini saxlamağda davam etdirmək niyyətindədir və bu, onların fikricə, ABŞ-a “nəhəng dövlətlərin rəqabətində üstünlük” verir.