ABŞ Hind okeanında nəhəng tankeri ələ keçirdi

  • Müəllif: Firuzə
  • 24 Fevral 2026 19:52

ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında “Berta” tankerini ələ keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, əməliyyat Venesuela və ABŞ sanksiyalarına məruz qalan ölkələrlə əlaqəli gəmilərə qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində həyata keçirilib.

Qeyd olunur ki, Kuk adaları bayrağı altında üzən tanker Karib dənizindən çıxdığı andan izlənilib və Hind okeanı bölgəsində dayandırılıb. ABŞ qüvvələri maneəsiz olaraq tankeri yoxlayıb və ələ keçirib.

Gununsesi.info