ABŞ İlham Əliyevin qrantlar barədə imzaladığı fərmanı yüksək qiymətləndirir -Bricit Brink

  • By admin
  • 22 Noyabr 2016 22:30

bridget_brink_221116

 

“Biz Azərbaycan prezidentinin qrantlar barədə imzaladığı fərmanı yüksək qiymətləndiririk”.

Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink Azərbaycana səfərinin yekunları ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat konfransında deyib.

Onun sözlərinə görə,  səfəri zamanı Azərbaycan prezidenti, xarici işlər naziri, vətəndaş cəmiyyətinin təmsilçiləri və müxalif siyasi partiyaların rəhbərləri ilə görüşüb.

Xanım Brink bildirib ki, Bakıda keçridiyi görüşlər  çox məhsuldar keçib. “Mənim səfərimin məqsədi azad, müstəqil, sabit və demokratik inkişaf edən Azərbaycanla bağlıdır”- deyə, amerikalı diplomat vurğulayıb.

O deyib ki, görüşlər zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə əldə edilmiş inkişaf perspektivlərini müzakirə etdik. “Eyni zamanda, təhlükəsizlik, terrorizmə, transmilli cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq sistemi, iqtisadi əməkdaşlıq, enerji, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rolunu qyed etdik”, – deyə, o bildirib.

ABŞ dövlət katibinin köməkçisinin müavini müzakirələrdə Azərbaycanın iqtisadi inkişafına dair planlarının və demokratiya sahəsində fəaliyyətininn nəzərdən keçirildiyini deyib.

“İqtisadi islahatlar Azərbaycanda korrupsiyanın səviyyəsinin aşağı salınmasına, şəffaflığın artırılmasına kömək edəcək”- deyə diplomat vurğulayıb.

Xanım Brink xüsusilə prezident İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycanda qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərmanını müsbət qiymətləndirdiyini deyib: “Bu fərman xaricdən gələn qranara təkan verəcək”.

Mürtəza

Gununsesi.info