ABŞ imtina etdi: Netanyahu Trampı müşayiət etməsin

  • By admin
  • 17 May 2017 20:39

kk

 

ABŞ Prezidenti Donald Trampın İsrail ziyarəti başlamadan qalmaqal başlayıb.

Axar.az xəbər verir ki, ABŞ Prezident Donald Trampın İsrail səfəri zamanı Ağlama Divarını ziyarət edərkən onu Baş nazir Benyamin Netanyanunun müşayiət etməsini istəməyib.

Bu barədə iddianı irəli sürən İsrail mediası Trampın 22 mayda ailəsi ilə birgə İsrailə səfəri zamanı Əqsa məscidini, Müqəddəs Qəbir Kilsəsini, Şərqi Qüdsdəki Ağlama Divarını ziyarət edəcəyini bildirib. Bu səfər zamanı isə Netanyahu Trampla görüşəcək, yemək yeyəcək, ancaq qədim şəhər səfəri zamanı onu müşayiət etməyəcək.

Qeyd edilir ki, Trampı Ağlama Divarınınin ravvini müşayiət edəcək.

 

Gununsesi.info