ABŞ-ın ən böyük ştatında yenidən sərt qadağalar tətbiq olundu

  • By admin
  • 14 İyul 2020 11:45

ABŞ-ın ən böyük ştatı olan Kaliforniyada hökumət COVID-19-a yoluxma hallarının artması səbəbindən ictimai müəssisələrin işinə məhdudiyyətlər qoyub.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, qubernator Qevin Nyusomun əmrinə əsasən, ştat ərazisində fəaliyyət göstərən kinoteatrlar, muzeylər, zooparklar, əyləncə mərkəzləri və bir sıra digər qurumlar fəaliyyətini dayandırmalıdır.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxan xəstələrin sayına görə dünya ölkələrinin sıralamasında ilk yerdə qərarlaşıb.

Son rəqəmlərə əsasən, Birləşmiş Ştatalarda 3 479 483 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. 138 247 xəstə infeksiyanın qurbanı olub.

Gununsesi.org