ABŞ-ın bu işdə rolu yoxdur – Haşdi Şabi

  • By admin
  • 02 İyul 2017 21:02

mosul
ABŞ Mosulun azad edilməsinə iştirak etməyib.

Axar.az xəbər verir ki, bu sözləri Haşdi Şabi qruplaşmasının sözçüsü Kərim Nuri deyib.

O bildirib ki, Qərb mediası Mosulun azad edilməsində haqsız olaraq ABŞ-ın əsas rolu olduğunu göstərir:

“İraqda bir neçə terrorçunun öldürülməsindən sonra İŞİD-in tam yox edilməsi gözlənilir. ABŞ İŞİD-ə qarşı zəfərdən özünə pay çıxarmaq istəyir. Lakin vurğulamaq istəyirəm ki, bu zəfər İraq xalqı tərəfindən qazanıldı və ABŞ-ın bunda rolu yoxdur”.

Qeyd edək ki, Mosul İŞİD-dən demək olar ki, təmizlənib. Bir neçə məhəllə uğrunda döyüşlər gedir.

Gununsesi.info